Bakıda “Qız qalası” beşinci beynəlxalq incəsənət festivalı olacaq
01 may 2014 13:07 (UTC +04:00)

Bakıda “Qız qalası” beşinci beynəlxalq incəsənət festivalı olacaq

Mayın 7-dən 9-dək Bakıda “Qız qalası” beşinci beynəlxalq incəsənət festivalı keçiriləcək. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  beynəlxalq festival İçərişəhərdə - Qız qalasının qarşısındakı meydanda təşkil olunacaq.

 


Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Müasir İncəsənət Muzeyinin və “Qız qalası” incəsənət qalereyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq festivalın məqsədi Azərbaycanın qədim və sirli abidəsi, Bakının rəmzi olan Qız qalasının dünyada təbliği və tanıdılmasına töhfə verməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar