Bakıda 17 minlik gül buketi kimin üçün hazırlanıb?
10 mart 2015 11:58 (UTC +04:00)

Bakıda 17 minlik gül buketi kimin üçün hazırlanıb?

Dünəndən sosial şəbəkələrdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bir oğlanın sevdiyi xanıma 17 500 manat dəyərində gül buketini hədiyyə etməsi barədə məlumat dolaşır. Lent.az xəbər verir ki, oxu.az-ın apardığı araşdırmadan sonra həmin gül buketinin Dənizkənarı Bulvar İdarəsi tərəfindən 8 Martla bağlı Azərbaycan qadınlarına hədiyyəsi olduğu məlum olub. Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, həmin gül buketi 3 000 süni güldən ibarət olub: “Bu, Dənizkənarı Bulvar İdarəsinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına hədiyyəsi olub. Gül buketinin uzunluğu 5 metr, hündürlüyü isə 2.5 m yarım təşkil edib”.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini gülün qiymətinə dair açıqlama da verib: “Yayılan məlumata görə, gül buketinin qiyməti 17 500 manat təşkil edir. Lakin bu, yalandır və şayiədir. Bəlkə də kimsə, hardasa 17 500 manata gül buketi bağlatdırıb, lakin süni güllərdən ibarət olan gül buketinin qiyməti çox ucuzdur. Yayılan məlumat düzgün deyil”.

Nazim Məcidov qeyd edib ki, əhalinin böyük marağına səbəb olan gül buketi hazırda bulvar ərazisində, Saat Qülləsinin qarşısındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329
avatar

Oxşar yazılar