Kürdəmirdə zəncirvari yol qəzası olub, xəşarət alanlar və ölən var.
Hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Daewoo" markalı avtomobil yol kənarında dayanmış "VAZ-2106" markalı avtomobilə, daha sonra eyni markalı digər "VAZ"a çırpılıb.
Nəticədə "VAZ"lardan biri yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri — 27 yaşlı Əlismayıl Əliyev xəsarət alıb. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rayonun Yeni Şıxımlı kənd sakini, 1992- ci il təvəllüdlü Kamran Nadir oğlu Məmmədov vəfat edib.
Faktla bağlı araşdırma aparılır./APA