Bakı Dövlət Sirkində ilk dəfə fəvvarələr şousu olacaq
16 oktyabr 2014 12:44 (UTC +04:00)

Bakı Dövlət Sirkində ilk dəfə fəvvarələr şousu olacaq

Oktyabrın 31-dən Bakı Dövlət Sirkinin mövsümi açılışı olacaq. Sirkdən Lent.az-a verilən məlumata görə, yeni  sirk proqramı Rusiyadan dəvət olunub. Dünyada ilk dəfə yaradılmış “Fəvvarələr fantaziyası” adlı proqramda manejdə fəvvarələr şousu, lazer şou, hündür fantanlar şousu və digər bir-birindən maraqlı nömrələr göstəriləcək.

 

Ümumilikdə iki saatdan çox davam edəcək proqramda hava gimnastları, şən klounlar, janqlyorlar, əhilləşmiş heyvanlar və digər nömrələr də təqdim edəiləcək. Hər gün üç seans olacaq.

 

 

Biletlərin qiyməti 6-10 manat arasında dəyişir. 20 gün davam edəcək proqramın biletlərini saat 10:00-dan başlayaraq 20:00-a qədər sirkin kassalarından əldə etmək mümkündür. Biletlər artıq satışdadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar