Azərbaycanın əməkdar artisti Azərin Türkiyədə növbəti dəfə yüksək mükafata layiq görülüb. Lent.az-ın məlumatına görə, sənətçimiz Türkiyə siyasətinin tanınmış siması olan, bir neçə il öncə təyyarə qəzasında dünyasını dəyişən Muhsin Yazıçıoğlunun adına təsis edilən «Basın ödülü» mükafatını alıb.
Xatırladaq ki, bu mükafata sənət adamları sırasında ilk dəfə Azərin layiq görülüb. Bu mükafat Azərinə mərhum siyasətçinin «Üşüyorum» adlı şerinə bəstələnmiş mahnını ifa etdiyinə görə verilib.
Qeyd edək ki, mahnının bəstəkarı azərbaycanlı musiqiçi Zümrüt Tağıyevadır.
Azərin mükafatlandırıldı
1127