IV “Muğam aləmi” Beynəlxalq muğam festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında vokal ifaçısı Ramil Qasımovun konserti keçiriləcək. Lent.az-ın məlumatına görə, martın 17-nə nəzərdə tutulan konsertdə vokalçını Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Simfonietta” orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Beynəlxalq müsabiqələr laureatı Cavad Tağı-zadədir. Gecədə R.Qasımov xalq mahnılarını gənc bəstəkar Elvin Quliyevin işləməsində, yeni aranjemanda ifa edəcək. Konsertdə, həmçinin əməkdar artist Aygün Zeynalova da iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Simfonietta” orkestri 2014-cü ilin fevral ayında ABİ-nin sədri xalq artisti Firəngiz Əlizadə və Cavad Tağı-zadənin təşəbbüsü ilə yaradılıb.