Azərbaycanlı skripkaçı Meksikada konsert verib
10 may 2015 14:57 (UTC +04:00)

Azərbaycanlı skripkaçı Meksikada konsert verib

Meksikanın Toluka şəhərində Meksikada yaşayan tanınmış azərbaycanlı skripkaçı Nana Babayevanın solistliyi ilə Meksika Ştatı Simfonik Orkestrinin konserti olub. Səfirlikdən Lent.az-a verilən məlumata görə, Nana Babayeva bu konsertin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunduğunu qeyd edib.

 

Konsertdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Muğam poeması”, fransız bəstəkarı Şarl Kamil Sen Sansın əsərləri ifa olunub. Orkestrı meksikalı bədii rəhbər və baş dirijor Gabriela Diaz Alatriste idarə edib.

 

Konsert proqramı maraqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar