Əməkdar artist Təyyar Bayramov həmkarı Gülay Zeynallı ilə Türkmənistanın paytaxtı Aşqabadda konsert proqramı ilə çıxış edib. Bu barədə Lent.az-a Gülay Zeynallı məlumat verib: "Bu möhtəşəm bayram konserti Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin təşəbbüsü ilə baş tutdu. Tədbirdə Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, əməkdaşları iştirak edirdilər. Mən və Təyyar Bayramovun çıxışı Türkmənistanda yaşayan həmyerlilərimiz üçün sözün həqiqi mənasında unudulmaz bayrama çevirildi. Səhnədə bizi tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusubov müşayiət etdi. Həm Təyyarın, həm də öz adımdan sənətimizə yüksək dəyər verən insanlara təşəkkür edirəm”.

Oxşar yazılar

Xalq artisti Valentina Talızina vəfat etdi
21 iyun 2025 , 13:25
Kino axşamı üçün 5 maraqlı film - VİDEO
21 iyun 2025 , 09:50
Yaşayan 10 ƏN VARLI rəssam
20 iyun 2025 , 15:08
Saqisiz, badəsiz məst olduğum məkan, hələ də sərxoşam
20 iyun 2025 , 12:25
Dilarə Əliyevanın qardaşının SON DURUMU
20 iyun 2025 , 11:14
Ölənə qədər özləri haqqında şok həqiqətləri gizlədən 10 ULDUZ
19 iyun 2025 , 13:41
"Netflix"də ən çox izlənən filmlər -VİDEO
18 iyun 2025 , 18:55