Aygün Səmədzadənin yaradıcılıq gecəsi keçirildi
02 dekabr 2015 13:32 (UTC +04:00)

Aygün Səmədzadənin yaradıcılıq gecəsi keçirildi

 Heydər Əliyev Sarayında bəstəkar Aygün Səmədzadənin yaradıcılıq gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə maraqlı məqamlardan biri də bəstəkar-müğənni Nazim Məmmədovun Aygün xanımla eyni səhnəni bölüşməsi olub.

 

Nazim jurnalistlərə açıqlamasında deyib ki, bu, ani qərar olub: “Günorta saatlarında Aygün xanıma uğurlar diləmək üçün telefon açdım. O isə əvəzində məni konsertdə çıxış etməyə dəvət etdi. Aygün xanımın illər öncə bəstələdiyi, sözləri Sevinc Çılğına məxsus “Mən də varam” adlı əsəri məşqsiz tamaşaçılara təqdim olundu. Hiss etdim ki, hər kəs çox bəyəndi. Sözsüz ki, Aygün Səmədzadə nəhəng bəstəkardır və onun müşayiəti ilə olan hər bir çıxış möhtəşəm alınır”.

 

Nazim Məmmədovu Aygün Səmədzadə ilə yanaşı, Teymur Göyçayevin rəhbərliyi ilə Kamera Orkestri da müşayiət edib: “Bu cür əvəzolunmaz insanlarla bir səhnəni bölüşərkən, anladım ki, oxumağı yadırğamışam. Amma bu hissləri mənə yaşadan Aygün xanıma sonsuz təşəkkür edirəm”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357
avatar

Oxşar yazılar