Azərbaycanlı aktyor Türkiyədə tamaşa hazırlayacaq
15 iyul 2014 12:12 (UTC +04:00)

Azərbaycanlı aktyor Türkiyədə tamaşa hazırlayacaq

0

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev tamaşa hazırlamaq üçün Türkiyədən dəvət alıb. Lent.az-ın məlumatına görə, dəvət məktubu Antaliya Böyükşəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür tərəfindən göndərilib.

İstedadlı aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanacaq tamaşanın məşq prosesinə 10 avqust – 14 sentyabr tarixlərində başlanılacaq.  

 

Hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqust ayının əvvəllərində Türkiyəyə yola düşəcək.   

        

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 743

Oxşar yazılar