Nizami Kino Mərkəzində “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi çərçivəsində milli qəhrəmanlar Sərdar Səfərov həsr edilən “Portret”, Cavanşir Səfərovdan bəhs edən “Cavanşir” sənədli filmlərinin nümayişi keçirilib. Lent.az-ın məlumatına görə, layihə Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə keçirilir. Ekran işləri Mədəniyyət və Turim nazirliyinin sifarişı ilə “Yaddaş” kinostudiyasında çəkilib. “Portret”ə rejissor Fariz Əhmədov , “Cavanşir” Kəmalə Musazadə quruluş verib.
Tədbirdə iştirak edən Sərdar Səfərovun ailə üzvləri adından bacısı Gülnaz Şəmşirli milli qəhrəman haqqında ürək sözlərini söyləyib, qardaşı haqqında xatirələrindən bölüşüb.
Xatırladaq ki, Nizami Kino Mərkəzində “Milli Qəhrəmanlar” həftəsi çərçivəsində növbəti sənədli filmin nümayişi noyabrın 30-da saat 15:30-da keçiriləcək.