Bakıda sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın moda gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, libasları Lyubov Qutorova-Poyrazın “FMS Models” agentliyinin modelləri nümayiş etdirdilər. Həmin geyimlər bayram tədbirləri və təntənəli məclislər üçün nəzərdə tutulub. Gecənin sonunda Gülnarə Xəlilova özü üslublaşdırılmış milli geyimdə model kimi podiuma çıxıb.
Qeyd edək ki, moda gecəsini izləməyə gələnlər arasında əməkdar incəsənət xadimi Kübra Əliyeva, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, əməkdar artistTünzalə Ağayeva, teleaparıcı Mələk Xəlil, aparıcılar Leyla Mustafayeva, Ceyhun Əli, Vüsalə Səid, Samirə Rüstəmova, Rəşad Mehdili, model Könül Əzizova və digər məşhurlar var idi.