Bakıda “ Zatoma” və “ Epos” serialları üçün kasting keçirilib. Hər iki serialın rejissoru və ideya müəllifi Mahir Canas, ssenari müəllifi isə Kənan Rəhimovdur. Lent.az-ın məlumatına görə, serialların art-direktoru Samirə Rüstəmovaya, baş prodüsseri isə Azər Qəribovdur. Baş qəhrəmanların geyimləri üçün isə Azərbaycanın məşhur modelyer- dizayner Gülnarə Xəlilova işləyəcək.
Gülnarə Xəlilovanın dediyinə görə, sözlərinə görə, onu bu layihəyə süjetin maraqlı olması cəzb edib.
“Məni həmişə tarixi janrda çəkilən filmlər çox maraqlandırır. 18-ci əsr Azərbaycan tarixini və həyatını əks etdirən "Epos" filminə görə çox sevinirəm. Həmin əsrə aid geyimlərin hazırlanması mənim uçun yenilik deyil, dəfələrlə bu sahədə işlərim olub. İndi hazırlayacağım geyimlər çox böyük incəlik və dəqiqlik tələb edəcək. Xüsusən “ Zatoma” filmində mistik obrazlar üçün geyim tərtib etmək yaradıcılıgımda xüsusi yer alacaq” - deyə Gülnarə Xəlilova əlavə edib.
Qeyd edək ki, “Zatoma” mistik-dedektiv janrda çəkiləcək.
Bu serial mistik-dedektiv janrında Azərbycanda çəkilmiş ilk serial olacaq. Çəkilişlər bu ilin oktyabrında Bakıda başlayacaq.