Azərbaycan musiqiçiləri Moskvada daha bir musiqi festivalı təşkil ediblər
18 aprel 2019 10:48 (UTC +04:00)

Azərbaycan musiqiçiləri Moskvada daha bir musiqi festivalı təşkil ediblər

Moskva Konservatoriyasının Böyük zalında azərbaycanlı vokalist Dinara Əliyevanın “Opera Art” III Beynəlxalq Musiqi Festivalının açılşı olub. 

 

Xalq artisti Yalçın Adıgözəlovun Lent.az-a verdiyi  məlumata görə, açılışın  “Azərbaycanın opera səsləri” konsert bölümündə gənc tenort Azər Zadənin konserti təşkil edilib. 

 

Rusiya Milli orkestrinin müşayiəti ilə Azər klassik operalardan hissələrlə birgə Azərbaycan bəstəkarlarının əsərləri onun ifasında maraqla rarşılanıb. edib. Dirijor pultu arxasında orkestri xalq artisti Yalçın Adıgözəlov idarə edib: “Böyük zalda, rusiya tamaşaçıları və burda yaşayan həmvətənlərimiz qarşısında çıxış etmək məsuliyyətlidir. Yaxşı proqram təşkil olunub, İtalyan və Azərbaycan bəstəkarlarının şedevrləri toplanıb”.

Açılışdan sonra Moskva televiziyalarına müsahibə verən xalq artisti Yalçın Adıgözəlov şərqdə ilk operanın məhz Azərbaycanda 1908-ci ildə yarandığını deyib. Bildirib ki, onun musiqisi Azərbaycanın muğamı və Avropa klassik musiqinin sintezidir: “O vaxtdan 100 il keçir və bu gün bizim ifaçıların və musiqnin səsi dünyanın ən böyük konsert salonlarından gəlir”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar