Azərbaycan Milli Kitabxanası - 90
25 sentyabr 2013 20:11 (UTC +04:00)

Azərbaycan Milli Kitabxanası - 90

 

Sentyabrın 25-də  Dövlət Opera və Balet Teatrında Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.

 

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezidentin kitabxana işçilərini “Tərəqqi” və “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə təltif olunması haqqında sərəncamını oxuyub. Nazir müasir Azərbaycanın mədəni və elmi həyatında Milli Kitabxananın mühüm yerinin olduğunu diqqətə çatdırıb.

 

Baş mazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Milli Kitabxananın keçdiyi tarixi yol haqqında məruzə ilə çıxış edib: “Milli Kitabxanın 90 illik yubileyi lokal mədəni hadisə deyil. 90 il əvvəl bu böyük kitabxananın yaradılması müasir Azərbaycanın fikir tarixinin ən sanballı səhifələrindəndir.

 

Kitabxanada bu gün nadir kitablar saxlanılır. 1998-ci ildə respublikada ilk internet zalı məhz milli kitabxanada açılıb. Milli kitabxana statusu aldıqdan sonra buranın statusu artıb, bir çox xarici ölkələrin kitabxanları ilə 30-dan çox memorandum imzalanıb. Hazırda Azərbaycan Milli Kitabxanasının 60-dan çox xarici kitabxana ilə əlaqəsi var. Kitabxana bir gündə 1500 oxucuya xidmət edir”.

 

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Avropa Milli Kitabxanaları Komitəsinin sədri Bruno Rasini, Asiya Milli Kitabxanaları Komitəsinin sədri Aleksey Bisney çıxış edərək milli kitabxananın Azərbaycan mədəni həyatındakı rolundan danışıblar.

 

Kərim Tahirov qeyd edib ki, Azərbaycanın bir neçə ziyalı nəslinin yetişməsində Milli Kitabxana böyük rol oynayıb. O, ölkə başçısına kitabxana işçilərini fəxri adlara  layiq gördüyünə görə minnətdarlığını bildirib.

 

Tədbir bədii hissə ilə davam etdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar