"Addim" yaradıcı gənclər asossasiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə- 31 May Beynəlxalq tütün əleyhinə müdafiə günündə, “No Smoking,” siqaret əleyhinə filmlər müsabiqəsi keçiriləcək. Müsabiqə “Park Sinema” da gerçəkləşəcək. Lent.az-ın məlumatına görə, siqaret əleyhinə çəkiləcək filmlərin müsabiqəsi çərçivəsində silsilə sosial aksiyaların gerçəkləşdirilməsi də planlaşdırılır. Festivalın bu yaxınlarda geniş kütləyə təqdim olunacaq video-çarxında siqaretdən istifadə etməyən məşhurlar Flora Kərimova, Murad Dadaşov, Brilliant Dadaşova, Həmidə Ömərova, Eldar Qasımov, Sabina Babayeva, Elnarə Xəlilova, Firdovsi Atakişiyev və başqaları çəkilib.
Qeyd edək ki, müsabiqənin şərtləri aprelin 22-də keçiriləcək mətbuat konfransında açıqlanacaq. Bunu Lent. az-a müsabiqənin təşkilatçılarından olan Hüseyn Cavadzadə məlumat verib: " Mən artıq beş ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəlliməm, diqqət edirəm ki, gənclərin bu mövzuya marağı çox böyükdür, bu gün bütün dünyada tütün əleyhinə mübarizə aparılır. Biz də qərara aldıq ki, bu mövzunu gənc kinematoqrafçılar arasında aktuallaşdıraq. İnanıram kı, keyfiyyətli bir layihə ilə qarşılaşacaqsınız ."