Azərbaycanlı gənc rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” adlı tammetrajlı bədii filmi “Kinoşok” XXII açıq kino festivalında iştirak edəcək. Lent.az-ın məlumatına görə, MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın açıq kino festivalı sentyabrın 15-dən 22-dək Rusiyanın Anapa şəhərində keçiriləcək.
Prodüseri İrada Bağırzadə olan sosial-psixoloji zəmində çəkilən “Buqələmun” filmində doğma rayonuna qayıdıb ata evini satmaq istəyən bir gəncdən bəhs olunur.
Yetmiş dörd dəqiqəlik filmdə Günel Mövlud, Mübariz Xəlilov, Nəriman Məlikov, Fərid Bəhramov və Emin Seyfulla çəkilib.