Azərbaycan da beynəlxalq turizm sərgisinə qatıldı
09 oktyabr 2013 10:49 (UTC +04:00)

Azərbaycan da beynəlxalq turizm sərgisinə qatıldı

Azərbaycan Daşkənddə “Böyük İpək Yolu ilə turizm” adlı 19-cu Beynəlxalq turizm yarmarkasında iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən Lent. az-a verilən məlumata görə, ölkəmizi bu yarmarkada sözü gedən nazirliyin daxili turizm bölməsinin müdiri Mahir Qəhrəmanov və bölmənin əməkdaşı Cəmil Kəlbəliyev təmsil edir.

 

Uç gün davam edəcək yarmarkada dünyanın 40-dan artıq ölkəsindən gələn turizm şirkət və firmaları, mehmanxana biznesi sahəsinin mütəxəssisləri, dövlət strukturlarının nümayəndələri iştirak edir. Azərbaycan üçün ayrılan pavilyonda dövlətimizin bayrağı, ölkəmizin turizm potensialını əks etdirən reklam-çap materialları, müxtəlif kitab və suvenirlər, milli musiqi alətləri nümayiş etdirilir, iştirakçılara reklam-çap materialları paylanır.

 

Qeyd edək ki, yarmarka Dünya Turizm Təşkilatının (DTT) dəstəyi ilə “Özbəkturizm” Milli Şirkəti (MŞ) və “Böyük İpək Yolu” Reklam Agentliyinin təşkilatçılığı ilə keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar