Azərbaycan “TEFİ-Sodrujestvo” IV Beynəlxalq Televiziya Festivalına ev sahibliyi edəcək. Azərbaycan Teleradio Verilişləri QSC-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il sentyabrın 24-dən 27-nə kimi Bakıda keçiriləcək tədbirdə MDB və yaxın xarici ölkələrinin 11 aparıcı teleşirkəti iştirak edəcək. Bu ilki festivalın mövzusu “Birlk ölkələri teleefirində ən yeni tarix”dir.
Telefestivalın təşkilatçıları “Rusiya Televiziya Akademiyası” və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondları, Azərbaycan tərəfindən – “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dir.
İndiyədək Kiyev, Astana və Odessada keçirilmış festivalda AzTV-nın “Toğrul Nərimanbəyov”, “Əlvida və salam, Bakı!” sənədli filmləri, “1001 sual” intellektual verilişi “TEFİ” mükafatına layiq ğörülüb.
Builki festivalın proqramına tədbirin təntənəli açılışı və bağlanışı, ən yaxşı teleproqramların nümayişi, müasir televiziyanın aktual məsələləri üzrə dəyirmi masa, ustad dərsləri, müzakirələr, mətbuat konfransı daxildir. Festivalın bütün tədbirləri MDB və yaxın xaric ölkələrindən gələn nümayəndə heyətlərinin iştirakı ilə keciriləcək.
Festivalın ekspert şurasında “Rossiya” telekanalının redaktoru və aparıcısı Andrey Maksimov, OAO “TV-Tsentr” telekanalının siyasi şərhçısı Leonid Mleçin, “Adamovo Yabloko” teleşirkətinin bədii rəhbəri Kiril Nabutov, Ali Jurnalistika Məktəbinin pedaqoqu, “Exo Moskvı” radiostansiyasının aparıcısı Svetlana Sorokina, teletənqidçi, “Exo Moskvı” radiostansiyasının şərhçisi və aparıcısı İrina Petrovskaya, teleaparıcı Kira Proşutinskaya, “Central Partnership” sırkətinin baş prodüseri, baş direktor müavini Timur Vaynşteyn və başqaları təmsil olunacaq.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış kinorejissor Yuli Qusman və Rusiyanın tanınmıs teatr və ictimai xadimi Anatoli İksanov festivalın fəxri qonaqları qismində tədbirə qatılacaqlar.