Aydın Qaradağlını yad etdilər
01 sentyabr 2014 12:38 (UTC +04:00)

Aydın Qaradağlını yad etdilər

Siyəzəndə peşəkar diktorluq məktəbinin yaradıcısı, diktor Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunub. Lent.az-ın məlumatına görə, tədbirdə yerli icra orqanlarının nümayəndələri, Azərbaycanın tanınmış incəsənət xadimləri, eləcə də yubilyarın ailə üzvləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Aydın Qaradağlının ifasında Cəfər Cabbarlının “Ana” şerinin səs yazısını dinləyib. Anım mərasimində Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, filologiya elmləri doktoru Vüqar Əhməd, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cavanşir Cahangirov və başqaları çıxış edərək təkrarolunmaz səs sahibi, böyük ziyalı Aydın Qaradağlı haqqında xatirə və düşüncələrini bölüşüblər.

Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov xalqımız tərəfindən sevilən unudulmaz diktorun adının rayonda əbədiləşdirildiyini qeyd edib. Belə ki, 85 illik yubileyi ərəfəsində Siyəzən şəhərindəki küçələrdən birinə Aydın Qaradağlının adı verilib.

Qeyd edək ki, Aydın Qaradağlı 20 avqust 1929-cu ildə anadan olub.17 yaşından diktor kimi fəaliyyətə başlayan Aydın Qaradağlı 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləyib. O, 1948-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbini (aktyorluq ixtisası üzrə), 1949-cu ildə isə Moskvada ümumittifaq diktorluq kurslarını uğurla başa vurub. Aydın Qaradağlı uzun ömür yaşamasa da, onun səsinin Azərbaycan mədəniyyətində rolu olduqca böyükdür. Azərbaycan radiosunun "Qızıl fond"unda Aydın Qaradağlının ifasında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyar və digər klassiklərin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazıları qorunub saxlanılır. Aydın Qaradağlı 1980-ci ilin 28 yanvar tarixində, 50 yaşında dünyasını dəyişib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15