AYB-nin Gəncə bölməsinə yeni sədr seçildi
20 sentyabr 2014 15:16 (UTC +04:00)

AYB-nin Gəncə bölməsinə yeni sədr seçildi

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinə yeni sədr seçilib.

 

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, AYB Katibliyinin qərarı ilə bu vəzifəyə şairə Xəzangül Hüseynova təsdiq olunub.

 

Xəzangül Hüseynova bu gün Gəncə Dövlət Universitetində ədəbi ictimaiyyətə təqdim olunub.

 

Qeyd edək ki, avqustun 29-da Gəncə bölməsinin sədri Məmməd Alim qəflətən dünyasını dəyişib. M. Alim 1989-cu ildən AYB-nin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı. 

 

Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. 7 kitab müəllifidir. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə "Bitmeyen Hazan" (Ankara-2008 "Bengü" nəşriyyatı) adlı kitabı çap edilib. "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncə C.Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51