Sentyabrın 23-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə səfərdə olan Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, Avropanın mədəniyyət paytaxtları müsabiqəsinin münsiflər heyətinin üzvü ilə görüşüb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə 2015-ci ilin oktyabrında Avstriyada Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi müzakirə olunub.
Bugünkü əməkdaşlığın səviyyəsindən razılığını bildirən N. Ridl gələn ilin oktyabrında Avstriyada keçirilməsi planlaşdırılan Azərbaycan mədəniyyəti günlərindən danışıb. Qeyd edib ki, mədəniyyət günləri çərçivəsində Azərbaycan musiqisinin, miniatür kitablarının, folklorunun, turizm potensialının təqdimatı, foto və rəsm sərgilərinin təşkili, bu tədbirlərin təkcə Vyanada deyil, eyni zamanda paytaxta yaxın olan müxtəlif şəhərlərdə keçirilməsi müsbət hadisə olacaq. Mədəniyyət günləri çərçivəsində Azərbaycan filmlərinin nümayiş etdirilməsi də Avstriya tamaşaçıları tərəfindən maraqla qarşılanacaq.
Qonaq hələ bir neçə gün Bakıda qalacağını, paytaxtımızın mədəniyyət müəssisələri ilə yaxından tanış olacaq.