Avropa Şurası Bakıda konfrans keçirəcək
01 iyul 2014 17:09 (UTC +04:00)

Avropa Şurası Bakıda konfrans keçirəcək

İyulun 4 və 5-i Bakıda Avropa Şurasının “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət nümayəndələri, mədəni institutlarının və peşəkar birliklərinin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçının olacağı gözlənilir.


Konfransda Avropa Şurasının Demokratik İdarəçilik və Mədəni Müxtəliflik üzrə Direktoru Klaudia Luçianinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək. Tədbir çərçivəsində iştirakçılar üçün xüsusi mədəni proqram hazırlanır. Bu proqram çərçivəsində qonaqların Bakı şəhərində və onun ətrafında yerləşən mədəni abidələrə ziyarəti və axşam konserti təşkil olunacaq.

 

Qeyd edək ki, konfrans Avropa Şurasının II Baş Direktorluğunun Mədəniyyət və Demokratiya bölməsinin dəstəyi ilə təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar