ANS pirlərlə bağlı verilişini bağladı
14 sentyabr 2013 16:26 (UTC +04:00)

ANS pirlərlə bağlı verilişini bağladı

Tanınmış publisist Həmid Herisçinin ANS telekanalında müəllifi və aparıcısı olduğu “Gizli Azərbaycan” verilişi bağlanıb. 

 

Modern.az saytının xəbərinə görə, telelayihənin qapadıldığı barədə məlumatı Həmid Herisçinin özü verib.

““Gizli Azərbaycan” telelayihəsi qapadıldı. Buna verilişin sloqanıyla cavab verərdim- Pirlərlə vidalaşmırlar. Pirlərlə ancaq salamlaşırlar...”, - deyə Həmid Herisçi bildirib.

Qapadılan telelayihə barədə danışan H.Herisçi daha sonra deyib: “Buna əsla sıxılmıram... Layihə vasitəsiylə ölkəmizin paranormal ərazilərinə, sirlər xəzinəsinə daxil olaraq, saysız sehrlərə bələd oldum... Dərk etdim ki, ufologiyasız bəzi düyünləri açmaq mümkün deyil... Düzü, bu aləm məni öz ağuşuna aldı... Onu indi də tədqiq edirəm... İstəyirəm, bu təcrübəm barədə samballı kitab qələmə alım...”.

H.Heriçsinin bildirdiyinə görə, “Gizli Azərbaycan”da o, öz oxu ətrafında 180 dərəcə dönüş etdi. “Xalqın altşüuruna, onun mistisizminə güzgü tutdum. Qəhrəmanlar ziyalılar deyil, xalq mistikləri idi”. 

“Stalker... mən stalker idim bu veriliş zamanı...”, - deyə H.Herisçi “Gizli Azərbaycan” verilişi barədə təəssüflə qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Oxşar yazılar