Amerikalılar səfirliyimizin qonağı oldu
07 may 2018 07:18 (UTC +04:00)

Amerikalılar səfirliyimizin qonağı oldu

Azərbaycanın Vaşinqtondakı səfirliyi öz qapılarını geniş ictimaiyyətə açaraq ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirilib. Səfirlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, səfirliyə təşrif buyurmuş iki minə yaxın ziyarətçilər arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ dövlət strukturlarında çalışan və diplomatik korpus əməkdaşları olub. 

 

Səfirliyə gələn qonaqlara ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, milli mədəni irsi, turizm potensialı və ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurlar barədə geniş məlumat verilib və əyani nümunələr, o cümlədən  milli geyimlər, göz oxşayan yerlərdən bəhs edən video çarxlar, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş etdirilib və paylanılıb. Bundan əlavə, ziyarətçilərə ölkəmizin qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb.

 

Ziyarətçilərdə Azərbaycan musiqisi və rəqsləri xüsusilə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında milli rəqslərimizin “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və s. kimi rəqs nümunələri açıq havada və səfirliyin binasında qonaqlara nümayiş etdirilib. Həmçinin səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilib və ölkəmizin görməli yerləri fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb.

 

Bu festival Vaşinqton meriyası tərəfindən “Dünya boyu Səfirliklər Turu” (Around the World Embassy Tour) adlı mədəni festival çərçivəsində təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq 6 ildir ki, bu təşəbbüsdə iştirak edir. Ümumiyyətlə isə bu il qeyd olunan festivalda 73 ölkənin səfirliyinin iştirakı nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38