Məşhurların yay tətili   – Bodrum və Çeşmədən rəngarəng görüntülər
15 iyul 2026 17:58 (UTC +04:00)

Məşhurların yay tətili – Bodrum və Çeşmədən rəngarəng görüntülər

0

Yay mövsümünün qızğın çağında Türkiyənin tanınmış simaları istirahət üçün Egey sahillərinə üz tutublar.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Bodrum və Çeşmədə dincələn məşhurlar ailələri və sevdikləri ilə keçirdikləri xoş anlarla diqqət çəkib.

Aktrisa Hande Erçel yay mövsümünü Bodrum bölgəsində açıb. Məşhur aktrisa bacısı Gamze Erçel, kürəkəni Caner Yıldırım və bacısı qızı Mavi ilə birlikdə istirahətin dadını çıxarıb.

Aktrisa İlayda Alişan və sevgilisi Oğulcan Engin isə İzmirin Çeşmə bölgəsində romantik anlar yaşayıblar. Cütlüyə bir müddət iş adamı Mustafa Aksakallı da qoşulub.

Aktyor Ceyhun Fersoy və həyat yoldaşı Begüm Öner qızları Karya ilə birlikdə ailəvi vaxt keçirərək müxtəlif oyunlar oynayıblar.

Keçmiş Türkiyə milli basketbolçusu Mehmet Okur isə yaşadığı ABŞ-dən Türkiyəyə gələrək yay istirahətini ailəsi ilə birlikdə Çeşmədə keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar