Afaq Bəşirqızı qulluqçu olacaq
22 oktyabr 2014 11:46 (UTC +04:00)

Afaq Bəşirqızı qulluqçu olacaq

Oktyabrın 25-i 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını yeni quruluşda təqdim edəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, operettanın quruluşçu rejissoru  xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, drijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə xanım Sadıxovadır.

 

2 gün nümayiş olacaq tamaşada rolları hər dəfə müxtəlif aktyorlar ifa edəcək. Məşədi rolunu 3 aktyor - əməkdar artistlər Çingiz Əhmədov,  Ələkbər  Əliyev və  Şövqü Hüseynov, Gülnazı əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili, Sənəm obrazını isə xalq artisti Afaq Bəşirqızı,  və əməkdar artist Naidə Orucova canlandıracaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1676

Oxşar yazılar