"Şahzadə Mustafa" Bakıya gəlir
05 noyabr 2014 11:19 (UTC +04:00)

"Şahzadə Mustafa" Bakıya gəlir

Noyabrın 17-də Nizami Kino Mərkəzində “Unutursan fısılda” - məşhur türk filminin qala gecəsi keçiriləcək. Mərkəzdən Lent.az-a verilən məlumata görə, qala gecəsində filmin rejissoru Çağan İrmak, baş rolları oynayan aktyorlar və digər sənətçilər iştirak edəcək.

 

Qeyd edək ki, Türkiyənin məşhur Taff Pictures studiyasında, mahir rejissor Çağan İrmakın lentə aldığı bu film, qurduqları xəyalların  dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir. Aypərinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynəb Abdullah, Tarıkı özünü Azərbaycan tamaşaçısına şahzadə Mustafa obrazı ilə sevdirən aktyor Mehmet Günsür, Ərhanı isə Kərəm Bursin oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1139
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar