Müşfiq Hətəmov: “Sertifikatlı kadrlarımız yoxdur”
02 avqust 2014 10:30 (UTC +04:00)

Müşfiq Hətəmov: “Sertifikatlı kadrlarımız yoxdur”

“Azərbaycan kinosu tarixində 2014-cü il ən yaddaqalan il oldu. Rejissoru Sergey Pikalov olan “Sonuncu” bədii filmi Kann festivalında iştirak elədi. Üstündən bir ay keçməmiş Asif Rüstəmovun çəkdiyi “Axınla üzü aşağı” filmi Karlo Vari festivalında iştirak etdi. Sonuncu uğurumuz isə Elçin Musaoğlunun çəkdiyi “Nabat” filmidir. Film Venesiya festivalında iştirak edir. Azərbaycan kinosu tarixində möhtəşəm tədbirlərdə ard-arda iştirak etmək ilk dəfə oldu”.

 

Bu sölzəri Lent.az-a açıqlamasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyir. M.Hətəmov son illər kino çəkilişində yerli kadrlardan istifadə olunmasından çox məmnundur.

 

- Hazırda Azərbaycanda film istehsalını 90 faizini yerli mütəxəssislər özləri keçirir. 2013-cü ildə biz yaradıcı potensialımızı müəyyənləşdirməyə çalışdıq. Həmin vaxt 8 gənc rejissora qısa, iki gənc rejissora isə tam metrajlı bədii film istehsala buraxdıq. Bir də əsasən “master klas”ların aparılması prosesini apardıq.

 

“Gələn il Azərbaycan tamaşaçısını Azərbaycan filminə, Azərbaycan kino teatrlarına geri qaytaracağıq”

 

- Qarşımıza qoyduğumuz məqsədlərdən biri odur ki, Azərbaycan Filmin statusunu dünyada tanıtmaq və bu filmləri dünyaya qəbul etdirmək. Kino sahəsində Türkiyə, Rusiya, Belarus, Fransa, Almaniya ilə əməkdaşlıq edirik. Beynəlxalq festivallar üçün çap olunan film kataloqlarını dünyanın aparıcı kino şirkətləri hazırlayır. Onlar artıq "Azərbaycan Film" adlı bir studiyanın varlığından xəbərdardırlar. Bir il bundan əvvəl gürcülərin ağlına gəlməzdi ki, Azərbaycan bu qədər qısa müddət ərzində bir belə müsabiqədə iştirak edə bilər. Azərbaycan tamaşaçısını Azərbaycan filminə, Azərbaycan kino teatrlarına qaytaracağıq. Bu baxımdan da 2015-ci ildə kommersiya filmlərinin istehsalını nəzərdə tutmuşuq.  

 

“Artıq kinostudiyanın təmirini gözləmirik, peşəkar kadrların hazırlığımıza başlamışıq”

 

- İlk dəfə olaraq bir il ərzində 36 kino şirkəti müraciət edib ki, Azərbaycanda film çəkmək istəyirlər. Azərbaycan məkan etibarı ilə inkişaf edib. Bizim sertifikatlı kadrlarımızın olmaması bu prosesi ləngidir. Məsələn, bizim çox gözəl operatorlarımız var, onlar dünyada tanınmırlar. Onları tanıtmaq lazımdır. Dünya standartlarına cavab verə biləcək mütəxəssislərimiz olsa, xarici şirkətlərin burada film çəkilişi ucuz başa gələcək. Və onlar bizim ölkəyə gələcəklər. Barrandov studiyasında olduğu kimi, Macarıstanda olduğu kimi kinostudiya ilə yanaşı öz xidmətlərini də dünya standartlarına uyğun qurmalıdır. Kinostudiyanın təmiri başa çatandan sonra həyata keçirəcəyik. Artıq kinostudiyanın təmirini gözləmirik, peşəkar kadrların hazırlığımıza başlamışıq.

 

Avqustun 2-i ölkəmizdə kino işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə M. Hətəmov onlara dəstək olan media nümayəndələrinə təşəkkür edib.

 

- Bu gün Kino günüdür. Mən bu münasibətlə bizi daim dəstəkləyən Lent.az və Kulis.az-ın bütün kollektivinə təşəkkürüm bildirirəm. Mətbuat bizi dəstəkləməsə, gördüyümüz işləri işıqlandırmasa, bizə olan inam azalar. Kiçik səhvlərimiz olar. Onları da bizə deyin. Kino çox çətin və spesifik sahədir. İranda və ya Amerikada ildə çəkilən 200 filmdən on - on beşi özünü doğruldur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar