“Euronews” kanalının “Life” proqramında Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsi haqqında reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda Bakıdan 200 kilometr aralıda yerləşən Lahıc qəsəbəsinin tarixi haqında ətraflı məlumat verilir. Burada canlı tarixin qorunub saxlandığı vurğulanır.
Reportajda, həmçinin misgərlik sənətindən geniş bəhs olunur. Bu sənətin nəsildən-nəslə ötürülərək bu günədək yaşadıldığı diqqətə çatdırılır.