Avqustun 2-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm”də Kinostudiyasında istehsal edilmiş “Dərvişin qeydləri” filminin premyerası olacaq. Kinostudiyadan Lent.az-a verilən məlumata görə, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
Əsərinin ssenari müəllifləri kinorejissor Eldar Quliyev və tanınmış yazıçı İlqar Fəhmi, bəstəkarı Siyavuş Kərimidir. XIX əsrin əvvəllərində - Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edən filmin çəkilişləri Bakı, Salyan və Şəkidə gerçəkləşib.
Tarixi-detektiv mövzuda olan filmdə xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Pərviz Məmmədrzayev və başqa gənc aktyorlar rol alıblar.