Ötən gün "Bu şəhərdə” komandasının konserti olub.
Lent.az-ın məlumatına görə, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov “Göz-Əl” adı altında Heydər Əliyev sarayında səhnəyə çıxıb. Gecəyə “Əhməd haradadır?” tamaşası ilə başlayan aktyorlar daha sonra bir neçə parodiya edib.
Qeyd edək ki, “Bu şəhərdə” aktyorları “Göz-Əl” tamaşası ilə martın 5 dən 9-dək Heydər Əliyev Sarayında səhnə alacaqlar.