"Euronews" telekanalının "Postcards" proqramı növbəti reportajını Azərbaycanın Lahıc şəhərinə həsr edib. APA-nın xəbərinə görə, Avrora Velesin müəllifi olduğu reportajda, "Postcards" proqramının tamaşaçıları Azərbaycan haqqında məlumatlandırmaqda davam etdiyi qeyd olunur.
Materialda qeyd olunur ki, Lahıc şəhəri XVIII-XIX əsrlərdə mis qab və soyuq silah hazırlanmasında əsas istehsalat mərkəzlərindən biri olub.
Reportajda Lahıcda hazırlanmış mis əşyaların Luvr və dünyanın digər mötəbər muzeylərində sərgiləndiyi vurğulanır: “Lahıc tarix-mədəniyyət qoruğu “Böyük İpək Yolu” beynəlxalq turizm marşrutuna daxil edilib”.