APA-nın məlumatına görə, yeni layihədə Bakıda ilk dəfə səslənən əsərlər – XX əsrin klassikləri A. Schönbergin “Ervartung” və İqor Staravinskinin “Əsgərin tarixçəsi əsərləri yer alıb.
Layihə çərçivəsində müasir rus bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən olan Vladimir Tarnopolski tərəfindən 2006-cı ildə qələmə alınmış və bu il Bonnda səhnəyə qoyulmuş "Jenseits der Schatten" ("Kölgənin o biri üzü") kamera operası alman rejissoru Robert Wechsler tərəfindən hazırlanacaq.
Bu ilin mayında XX əsr klassikasından İqor Stravinskinin “Əsgərin tarixçəsi” əsəri səhnələşdiriləcək. Layihənin bədii rəhbəri Fərəc Qarayev, baş dirijoru Rauf Abdullayevdir.
Qeyd edək ki, “Zamanla üz-üzə” layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 2007-2008-ci illərdə həyata keçirilib.