Azərbaycan Dövlət “YUĞ” Teatrı mövsümü sentyabrın 28-də U.Şekspirin “III Riçard” əsəri əsasında hazırlanan “Lənət” tamaşası ilə açacaq.
Lent.az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni quruluşda təqdim olunacaq tamaşada cəmi dörd obraz iştirak edəcək.
Tamaşaya Bolqar rejissoru Xristo Stoyçevin quruluş verib. İkinci rejissoru Günay Səttar olan tamaşada Əməkdar artist Sonaxanım Mikayılova, Qasım Nağı, aktyorlar Oqtay Mehtiyev, Vüqar Hacyev, Elgün Həmidov, Natəvan Qeybani, Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva çıxış edəcək.
Tamaşanın səhnə tərtibatını Bolqar rəssam Olqa Boseva verib.