“Yeddi gözəl” rus səhnəsində
09 sentyabr 2013 11:52 (UTC +04:00)

“Yeddi gözəl” rus səhnəsində

Sentyabrın 15-də Səməd Vurğun adına Rus Dram Teatrında mövsümün açılışı olacaq.  
Lent.az-ın məlumatına görə, mövsümə  Valentina Reznikovanın “Maşa və Ayı”  tamaşası ilə start veriləcək.

Həmin gün axşam seansında isə Vasili Stanilovun “Opera Mafiozo” kriminal komediyası nümayiş etdiriləcək. Yeni mövsümün ilk ayında teatrsevərləri Nizami Gəncəvinin eyniadlı poeması əsasında “Yeddi gözəl” tamaşasının, Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?” komediyasının premyeraları göstəriləcək.
Sentyabrın 21-də isə tamaşaçılar Mark Kamolettinin “Ah, bu Anna” komediyasına baxa biləcəklər.

Sentyabrın sonlarında uşaqlar üçün Yekaterina Çernyakın “Gözəl Vasilisa” və Vladimir Neverovun “Nağılı tap! -2” tamaşaları göstəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar