Sentyabrda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Moskvaya qastrola gedəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskinin quruluşunda M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadukuni-məşhur” və Yonas Vaytkusun quruluş verdiyi Nizaminin “Yeddi gözəl” tamaşaları Rusiya Dövlət Akademik Kiçik Teatrının səhnəsində nümayiş etdiriləcək.
Qeyd edək ki, cari ilin mayında Rusiya teatrının kollektivi Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edib.
Moskva səfərindən sonra kollektiv Litvanın Vilnüs şəhərinə yola düşəcək.