Sabah Nizami Kino Mərkəzində orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhsəti Gəncəviyə həsr olunmuş “Sirli bənövşə” sənədli-bədii filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında çəkilən filmin quruluşçu rejissoru Şamil Nəzəfzadə, ssenari müəllifləri Sara Oğuz Nəzirova və Şamil Nəcəfzadə, quruluşçu operatoru Nizami Abbas, bəstəkarı Cahangir Zülfüqarov, prodüseri Cavid İmamverdiyevdir. Filmdə Günel Məmmədova, Bəhruz Vaqifoğlu, Əjdər Zeynalov, Hacıbaba Məmmədov və İlqar Musayev çəkiliblər.
Qeyd edək ki, bu M. Gəncəvinin 900 illik yubileyi YUNESKO tərəfindən qeyd edilib.