“Sehirli xalat” 50 yaşında
13 noyabr 2014 12:01 (UTC +04:00)

“Sehirli xalat” 50 yaşında

Noyabrın 12-də Nizami Kino Mərkəzində C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilmiş “Sehrli xalat” uşaq filminin 50 illik yubileyi keçirilib.  Mərkəzdən Lent.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad edilib.

 

Yubileydə Cavid İmamverdiyevin ssenari əsasında çəkilmiş videoçarx nümayiş olunub və Nizami rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Rəna Kərimovanın rəhbərlik etdiyi  uşaq qrupu çıxış edib. Filmdə  çəkilmiş aktyorların filmin çəkilişi  haqqında xatirələri maraqla qarşılanıb.         

Nizami Kino Mərkəzinin foyesində əfsanəvi filmlə bağlı  Dövlət Film Fondunun təşkil etdiyi fotosərgi nümayiş edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar