“Müxtəlif bölgələrdən olan gənclərin bir yerdə olmaları çox dəyərlidir”
22 noyabr 2014 17:05 (UTC +04:00)

“Müxtəlif bölgələrdən olan gənclərin bir yerdə olmaları çox dəyərlidir”

“Gənclərin Ümumrespublika Teatr Festivalının keçirilməsini müsbət qiymətləndirirəm”. Bunu Lent.az-a Mədəniyyət və incəsənət Universitetinin müəllimi, “YUĞ” teatrının əməkdar artisti Yaqut Paşayeva deyib. O bildirib ki, birinci festivalda müəyyən kəm-kəsirlər olsa da, ikinci festivalda bunlar aradan qaldırılıb: “Birinci festivalda münsiflər heyətində idim, ancaq ikincini kənardan izlədim. Millət vəkilimiz Jalə Əliyevanın təşəbbüsü ilə keçirilən bu festival gənclər üçün çox səmərəlidir. Tək Bakıdan deyil, regionlardan da həvəskar gənclər qatılmışdılar. Builki festivalın mövzusu narkomaniyadır. Amma birinci festivalda vətənpərvərlik idi. Gənclər bu mövzuda çox gözəl ssenarilər yazmış, tamaşalar qurmuşdular. Orada Xocalıyla bağlı, Milli Qəhrəmanımız Mübariz İbrahimovla bağlı maraqlı səhnələr qurulmuşdu”.

 

 

 

Y. Paşazadə bir teatr adamı kimi ona gənclərin içində olmağın xoş olduğunu bildirib: “Müxtəlif bölgələrdən olan gənclərin bir yerdə olmaları, teatr haqqında fikir bölüşmələri mənim üçün çox dəyərlidir”.

 

Qeyd edək ki, Gənclərin III Ümumrespublika Teatr festivalında yalnız 12 komanda iştirak edəcək. Bakı şəhəri üzrə 6 komanda, bölgələrdən 6 komanda. I yerin qalibinə 3000 manat, II yerin qalibinə 2000 manat, III yerin qalibinə isə 1000 manat pul mükafatı veriləcək. Bakı üzrə komandalar artıq seçilib. Noyabrın 20-dək bölgələr üzrə də komandaların seçimi yekunlaşacaq.

 

 

Gənclərin Ümumrespublika Teatr Festivalına 2 il ərzində 250-ə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın keçirilməsinin əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etməkdir. Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edəcək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərinin ustad dərsləri alacaqlar.

 

Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar