“Mənim günahım” tamaşasının premyerası keçirildi
18 mart 2015 23:31 (UTC +04:00)

“Mənim günahım” tamaşasının premyerası keçirildi

Akademik Milli Dram Teatrında “Mənim günahım” tamaşasının premyerası keçirilib.

 

APA-nın məlumatına görə, xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Mənim günahım” tamaşasının quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

 

Tamaşada baş rolu – Nurcahan xanım rolunu Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova ifa edib. Digər rollarda xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov (Tahir), əməkdar artistlər Elşən Rüstəmov (Sahib), Əjdər Həmidov (Almurad), Hicran Nəsirova (Gözəl), Əsgər Məmmədoğlu (Ceyranzadə), aktyorlar Günel İmanova (Ayqız), Nigar Məmmədova (Ayqız), Elnar Qarayev (Xansu), Rüstəm Rüstəmov (Səxavət), Dilarə Nəzərova (Gözəl), Ləman İmanova (Natəvan), Cümşüd Zeynalov (Ceyranzadə) ifa ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar