Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə xarici ölkədən əldə edilən 1918-ci il “İstiqlal Bəyannaməsi”nin orijinal nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarixi Muzeyinə hədiyyə edilib.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sənəd Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin köməkçisi Əli Əsədov tərəfindən muzeyə təqdim olunub.
Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı dövlət başçısına kollektiv adından təşəkkürünü bildirib, sənədin Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, sənəd 1918-ci ildə Paris sülh konfransına yola düşən nümayəndə heyətinin Parisə apardığı “Bəyannamə”nin orijinal nüsxələrindən biridir.