“Gül bayramı” türklərə həsr edildi
13 sentyabr 2014 16:36 (UTC +04:00)

“Gül bayramı” türklərə həsr edildi

Avqustun 14-də Brüsselin "Qrand-Plas" meydanında 19-cu "Gül Xalçası" türklərin Belçikaya immiqrasiyasının 50-ci ildönümünə həsr edilib. Lent.az-ın buro247.az-a istinadən məlumatına görə, bu il təxminən 600.000 beqoniya Türkiyənin məşhur kilimçilik sənətinin həndəsi naxışlarını canlandırıb. Ümumi sahəsi 1800 kvadrat metr, uzunluğu 75 metr, eni isə 25 metr olan gül xalçası üzərində 120 könüllü 6 saat çalışıb. Ziyarətçilər bu əsrarəngiz mənzərəni həm meydanda, həm də Brüssel şəhər İcra Hakimiyyətinin binasından izləyə bilərlər.


Qeyd edək ki, "Gül xalçası" Brüsselin əsas meydanında 2 ildə bir dəfə keçirilir. 1964-cü il iyulun 16-da Belçika və Türkiyə türklərin Belçikaya immiqrasiyasına icazə verən iki tərəfli konvensiya imzalayıb. Bugün Belçikada 220 000-dən çox türk məskunlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar