“Gəncliyin səsi” adlı konsert keçiriləcək
02 fevral 2018 12:13 (UTC +04:00)

“Gəncliyin səsi” adlı konsert keçiriləcək

14 fevral 2018-ci il tarixində Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının təşkilatçılığı , Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan  “Gəncliyin səsi” adlı müasir gənc bəstəkarların əsərlərindən ibarət konsert keçiriləcək. Lent.az-ın məlumatına görə, konsertdə ilk dəfə olaraq gənc bəstəkarlar Elvin Quliyev, Tamilla Əhədova, Nigar Əliyeva, Toğrul Salmanov və Səid Qəninin əsərləri təqdim olunacaq. Gənclərin simfonik orkestr üçün yazdığı əsərləri xalq artisti Fəxrəddin Kərimovun təfsirində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.

Təsadüfi deyil ki, bu konsert məhz Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının yaranma gününə təsadüf edəcək. Belə ki, fəaliyyət göstərdiyi 6-cı ilində bu kanalın gənclərə olan dəstəyi danılmaz və təqdirəlayiq haldır. Ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğı hər bir sahədə davam etdirildiyi kimi “Mədəniyyət” kanalı da kütləvi təbliğat vasitəsi kimi bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirir.

Belə layihələrin gələcəkdə də keçiriləcəyi nəzərdə tutulur.

 

Qeyd edək ki, Lent.az konsertə informasiya dəstəyi verir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi

1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31