Mayın 19-da Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib.
Lent.az-ın xəbərinə görə, yarımfinal mərhələdə 16 ölkənin nümayəndəsi çıxış edib. Səsvermə nəticəsində 10 ölkə finala vəsiqə qazanıb: Albaniya, Ermənistan, Rusiya, Rumıniya, Macarıstan, Yunanstan, Estoniya, Gürcüstan, Serbiya, Belçika.
Azərbaycan təmsilçisi Elnur Hüseynivun yer aldığı (11-ci) ikinci yarımfinal mərhələ mayın 21-də, final isə mayın 23-də keşiriləcək.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları şirkəti Bakıda 16 mərtəbəli binada baş verən yanğın hadisəsi ilə əlaqədar öz proqramına daha bir ciddi dəyişiklik edərək "Eurovision" mahnı yarışmasının 1-ci yarımfinalını İctimai Televiziya yayımlamamaq barədə qərar verib.