“Cırtdan”lar Bakıya yığışırlar
21 oktyabr 2013 18:24 (UTC +04:00)

“Cırtdan”lar Bakıya yığışırlar

Noyabrın 9-dan 16-dək “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent. az-a verilən məlumata görə, festivalda  dünya ölkələrinin aparıcı kukla teatrları yalnız uşaqlara deyil, böyüklər üçün də tamaşa göstərəcəklər. Tamaşalar Kukla, Rus Dram və Gənc Tamaşaçılar Teatrının səhnələrində nümayiş olunacaq.
 

Festivalda Böyük Britaniyanın “British Council” təşkilatı Dorset Kukla Teatrı Kompaniyasının (Böyük Britaniya) “Asılmış vəziyyətdə” tamaşasını noyabrın 10-da təqdim edəcək.


Teatro Verde Burattinin (İtaliya) “Bir kral var idi...”, “Günyol” Marionet Teatrının (İsveçrə) “Mən danışmaq istəyirəm” tamaşaları da oynanılacaq.

 

Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyindən təşkilatçılığı, “UNİMA” (Beynəlxalq Kukla Teartrları Assosiasiyası) nın dəstəyi ilə keçirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar