Oktyabrın 25-də Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyinə həsr olunan konsert keçiriləcək. Lent. az-ın məlumatına görə, yubiley Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq.
Konsertdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək. Orkestrə xalq artisti, professor Ağaverdi Paşayev dirijorluq edəcək.