Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətinin Dövlət Dram Teatrında dahi bəstəkarımız Ü. Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib. Konsulluğun mətbuat katibliyindən Lent.az-a verilən məlumata görə, operetta Qazaxıstanın xalq artisti, rejissor Tunquşbay Jamankulov Al-Tarazi tərəfindən səhnələşdirilib.
Bundan əlavə, sentyabrın 27-də Azərbaycan diasporası tərəfindən Ü.Hacıbəyovun doğum günü və “Arşın mal alan” musiqili komediyasının yaranmasının 100 illiyi ilə əlaqədar rəsmi ziyafət verilib.
Qeyd edək ki, əsər Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni mərkəzinin sədri Eldar Əhmədov, azərbaycanlı iş adamı Bəhruz Qurbanovun və başqalarının dəstəyi ilə həyata keçirilib.