“Arşın mal alan” Amerika səhnəsində
09 sentyabr 2013 12:17 (UTC +04:00)

“Arşın mal alan” Amerika səhnəsində

Azərbaycanın Los- Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Dövlət Neft Şirkətinin sponsorluğu ilə sentyabrın 7-də “Arşın Mal Alan” operettası Los –Ancelesdə nümayiş etdirilib. Bu barədə Lent.az-a Konsulluqdan məlumat verilib.

Los- Ancelesin Dorothy Chandler Pavilion opera teatrında olan tamaşada 3000-dən çox adam iştirak edib. Operettanın prodüseri amerikalı bəstəkar Maykl Şnak olub. Bütün rolların ifaçıları ABŞ-ın tanınmış opera müğənniləridir. Operettanın mahnıları Azərbaycanca ifa edilib, dialoqları isə ingilis dilində olub.

Sonda Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin üzvləri Sevinc Fətəliyeva və Asim Mollazadə çıxış edərək öz təəssüratlarını bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar