Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Bernard Şounun "Milyonçu qadın" pyesinin məşqləri gedir.
Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşanın premyerası mayın 19-da baş tutacaq. Premyera Azərbaycanın xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub.
Tamaşada milyonçu qadın obrazını Natalya Şarovskaya yaradacaq. Onunla yanaşı tamaşada Azərbaycanın əməkdar artistləri - Salman Bayramov və Fuad Osmanov, həmçinin aktyorlar Oleq Əmirbəyov, Mədinə Mullayeva, Zaur Terequlov, Nadir Abdurəhimbəyov və Fatimə Əliyeva iştirak edirlər.
İradəsiz qadının maliyyə və sevgi macəraları heç kəsi laqeyd qoymayacaq. Komediya janrında hazırlanan tamaşanı teatrın baş rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Şarovski hazırlayır. Bədii tərtibatçı Azərbaycanın əməkdar mədəniyyət işçisi Aleksandr Fedorov, videoinstalyasiyanın müəllifi Cavid İmamverdiyev, xoreoqraflar Azərbaycanın əməkdar artisti Fuad Osmanov və Raulya Türkkandır. Kostyumları Azərbaycanın əməkdar mədəniyyət işçisi Olqa Abbasova hazırlayır.